altun.az

Türkiyəli nazir: “V İslam Həmrəylik Oyunları İstanbulda təşkil olunacaq”

12-05-2017, 14:15

Türkiyəli nazir: “V İslam Həmrəylik Oyunları İstanbulda təşkil olunacaq”

“V İslam Həmrəylik Oyunları 2021-ci ildə İstanbulda təşkil olunacaq”.
Altun.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin gənclər naziri Akif Çağatay Kılıc jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, bu baxımdan da İslam Həmrəyliyi Oyunları Türkiyə üçün böyük əhəmiyyət kəsb edir:
“Bu oyunların bizim üçün böyük əhəmiyyəti var. Bu çərçivədə indi Bakıda İƏT Gənclər Nazirlərinin toplantısı keçirilib. Toplantı zamanı növbəti görüşün keçiriləcəyi yeri müəyyən etdik. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin 3 sentyabr Gənclər Günü kimi qeyd edilməsini təsis etdik. İnşallah, gələcəkdə bu əməkdaşlıq daha intensiv və geniş aparılacaq”.
İslam Əməkdaşlıq Təşkilatının tədbirləri ilə əlaqədar Azərbaycanda səfərdə olduğunu vurğulayan Akif Çağatay Kılıc bu gün axşam IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminə də qatılacağını söyləyib:
“Ev sahibi olan azərbaycanlı qardaşlarımız, başda cənab İlham Əliyev olmaqla çox gözəl bir idman oyunlarına imza atıblar. Əminəm ki, oyunlarda iştirak edəcək idmançılar yaxşı nailiyyətlər qazanacaqlar. Bununla da biz çox fərqli və maraqlı idman yarışlarını izləyəcəyik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 462 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com