altun.az

“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə

30-03-2019, 10:40

“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə

Kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadə peşəkar rinqdə növbəti qələbəsini qazanıb.
Altun.az xəbər verir ki, “Qızıl Qurd” ləqəbli Rəcəbzadə 95 kq çəki dərəcəsində “X Fight Nights” promouterinin “Legends” (“Əfsanələr”) döyüş gecəsində çıxış edib.
O, Çexiyanın paytaxtı Praqada keçirilən döyüşdə kyokuşin karate üzrə sabiq Avropa çempionu, şotokan karate üzrə Dünya Kubokunun qalibi olmuş yerli idmançı Yan Soukupla mübarizə aparıb. Kikboksinqin K1 versiyası üzrə keçirilən yarışda idmançımız rəqibini məğlub edib.
Bununla da peşəkar rinqdə məğlubedilməz olan Bəhram Rəcəbzadə 57-ci görüşünü də qələbə ilə başa vurub.
“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 642 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]