altun.az

UEFA ÇL: həftənin ən gözəl qolu - Video

16-03-2019, 10:25

UEFA ÇL: həftənin ən gözəl qolu - Video

Martın 16-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.
Altun.az Azərtac-a istinadən xəbər verir ki, İngiltərənin "Liverpul" komandasının futbolçusu Sadio Manenin səkkizdəbir finalda səfərdə Almaniyanın "Bavariya" klubunun qapısından vurduğu qol həftənin ən yaxşısı seçilib. Seneqallı futbolçu səsvermə nəticəsində danimarkalı Lasse Şöne (“Ayaks”, Hollandiya), serbiyalı Dusan Tadiç (“Ayaks”, Hollandiya) və argentinalı Lionel Messini (“Barselona”, İspaniya) qabaqlayıb.
Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbəyə əsasən "Liverpul" qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 580 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]