altun.az

Salanın ölümünə səbəb olan pilot... – Fakt

3-03-2019, 18:34

Salanın ölümünə səbəb olan pilot... – Fakt

“Kardif Siti”nin həlak olan futbolçusu Emiliano Salanın qəzaya düşdüyü təyyarənin pilotu uçuş kurslarını bitirməyib və nəqliyyat vasitəsini istifadə etmək hüququna sahib olmayıb.
Altun.az xəbər verir ki, bu barədə “İndependent” informasiya yayıb.
Məlumata görə, 59 yaşlı Devid İbbotson Avropa Birliyi ərazisində kommersiya uçuşları həyata keçirmək hüququna sahib olmayıb. Pilot yalnız ABŞ və Böyük Britaniyada uçuş üçün lisenziyaya sahib olub.
2012-2014-cü illərdə uçuş kurslarında oxuyan pilot yekun imtahanı verməyib. Bundan əlavə onun idarə etdiyi təyyarə ABŞ-da qeydiyyatda olub. Bu isə o demək olub ki, ölkə xaricində uçuş həyata keçirmək üçün onun ABŞ hökumətinin xüsusi icazəsinə ehtiyacı olub, lakin bununla bağlı heç bir rəsmi icazə alınmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 639 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]