altun.az

Dünya çempionu Xamis Məmmədov ölüb, yoxsa, öldürülüb? - Nazirlik

28-01-2019, 11:29

Dünya çempionu Xamis Məmmədov ölüb, yoxsa, öldürülüb? - Nazirlik

Qripdən dünyasını dəyişdiyi bildirilən məşhur idmançımız, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovun ölümü ilə bağlı araşdırmadan sonra bir söz demək mümkündür. Məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.
Bu barədə Altun.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qripdən ölüm hallarının baş verməsi mümkündür.
Xatırladaq ki, dünən 1984-cü il təvəllüdlü MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov qrip xəstəliyindən dünyasını dəyişib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, o, xəstəliyi müddətində müalicə alsa da, sonradan xəstəlik dərinləşib və iltihabi proses başlayıb. Bununla da idmançı dünyasını dəyişib.
***
Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmaniya ilə ağır vəziyyətdə gətirilib:
"Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq, Xamis Məmmədov 26.01.2019-cu il tarixdə dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 502 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]