altun.az

İstədik ki, oynamayan uşaqları meydana buraxıb...- “Liverpul”

8-01-2019, 11:39

İstədik ki, oynamayan uşaqları meydana buraxıb...- “Liverpul”

İngiltərə Premyer Liqasının lideri olan “Liverpul” klubu ardıcıl ikinci oyunda məğlubiyyətlə üzləşib.
Altun.az xəbər verir ki, Liverpul təmsilçisi İngiltərə kubokunda Premyer Liqa klubu “Vulverhempton Uonderers”ə uduzub – 1:2.
“Liverpul”un əsas heyət üzvlərindən braziliyalı Roberto Firmino və misirli Məhəmməd Salah yetmişinci dəqiqədə meydana daxil olsa da, bərabərlik qolunu vurmaq mümkün olmayıb.
Bu məğlubiyyətdə komandanın xorvatiyalı mərkəz müdafiəçisi Deyan Lovrenin altıncı dəqiqədə zədələnərək yerini 16 yaşlı hollandiyalı Ki-Yana Huverə verməsi (o, “Liverpul”un İngiltərə kubokunda oynayan ən gənc futbolçusu kimi tarixə düşüb – S.M.) öz sözünü deyib.
Nəticədə, müdafiə xətti təcrübəsizlərdən- əsl mövqeyi dayaq yarımmüdafiəsi olan braziliyalı Fabinyo, oyun praktikası məhdud olan ispaniyalı Alberto Moreno və 18 yaşlı portuqaliyalı vinger Rafael Kamaşudan ibarət olub.
Bununla da “Liverpul” Premyer Liqada “Mançester Siti” məğlubiyyətinin (1:2) ardından bu görüşdə də azarkeşlərini sevindirə bilməyib. Məğlubiyyəti isə almaniyalı baş məşqçi Yürqen Klop öz üzərinə götürüb:
“Bütün bunlar mənim məsuliyyətimdir. Oyunçularımda ritm yox idi. Mən tərəfdən yaxşı qərar verilmədi. Amma hər şey yaxşıdır. Əlbəttə, biz uduzmaq istəmirik, ancaq nə etmək olar?! Bizim üçün inanılmaz sıx dönəm idi. Əvvəl “Arsenal”, sonra “Mançester Siti” ilə qarşılaşdıq.
“Siti” ilə oyundan sonra 4-5 oyunçum dərhal xəstələndi. Biz hər şeyi etməyə çalışdıq və istədik ki, oynamayan uşaqları meydana buraxıb onlara özünəəminlik verək. Ancaq bu, bu gün işləmədi”.
Qeyd edək ki, İngiltərənin digər beş aparıcı klubu İngiltərə kubokunda mərhələ adlamağı bacarıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 349 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]