altun.az

Konor Makqreqor Həbiblə yenidən döyüşmək istəyir - UFC

1-01-2019, 22:34

Konor Makqreqor Həbiblə yenidən döyüşmək istəyir - UFC

Bu il Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovla rəqibi, irlandiyalı boksçu Konor Makqreqor arasında təkrar döyüş ola bilər.
"Report" TMZ-ə istinadən xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının rəhbəri Deyn Uayt bildirib.
"Düşünürəm ki, onlar 2019-cu ildə yenə görüşəcəklər. Əgər hər şey plan üzrə getsə, döyüş olacaq", - deyə Uayt bildirib.
Ötən ilin 6 oktyabrında Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.
Daha əvvəl irlandiyalı boksçu Konor Makqreqor da bildirib ki, yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 539 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]