altun.az

Ukrayna yığmasının müdafiəçisi “Qarabağ”a gəlmək istəmir-Səviyyə aşağıdır

29-12-2018, 14:09

Ukrayna yığmasının müdafiəçisi “Qarabağ”a gəlmək istəmir-Səviyyə aşağıdır

Yunanıstanın “PAOK” klubunun və Ukrayna yığmasının müdafiəçisi Evgeniy Xaçeridi “Qarabağ”a keçməkdə maraqlı deyil.
Altun.az yunan KİV-nə istinadən bildirir ki, Donetsk “Şaxtyor”u, Kiyev “Dinamo”su və “Qarabağ” klubları E.Xaçeridini öz heyətlərində görmək istəyirlər. Ancaq E.Xaçeridinin özü Ukraynaya qayıtmaq istəmir və digər əcnəbi kluba keçmək niyyətindədir.
Yunanıstan mətbuatının yazdığına görə, 31 yaşlı sol cinah müdafiəçisi “Qarabağ”ın da maraq dairəsində olsa da, futbolçunun özü, Azərbaycan Premyer Liqasının aşağı səviyyəyə malik olması səbəbindən, bu keçidə xoş baxmır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 336 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]