altun.az

Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO

9-12-2018, 17:07

Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO

Qırğız əsilli Valentina Şevçenko yüngül çəkidə polyak Yohanna Yendjeyçiki məğlub edərək ilk dəfə Mütləq Döyüş Çempionatının (UFC) qadınlar üzrə çempionu olub.
Altun.az xəbər verir ki, UFC 231 turniri çərçivəsində döyüş Toronto şəhərində baş tutub.
Döyüş 5 raund davam edib. Şevçenko hakimlərin yekdil qərarı ilə qalib elan edilib. O, postsovet ölkələri arasında UFC çempionu titulunu qazanan ilk qadın döyüşçü olub.
Bu, 30 yaşlı Şevçenkonun 16-cı qələbəsidir. O, 3 döyüşdə uduzub. Yohanna Yendjeyçik isə 18 döyüşdə 3-cü dəfə məğlub olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 497 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]