altun.az

Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ

29-06-2017, 19:04

Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ


ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi hökuməti Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə çağırıb.
Altun.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu haqda komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsində deyilir.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın “hibrid müharibəsi” haqqında qanunvericilər qarşısında hesabat verməli olacaq.
Qanun layihəsi öldürücü silahların çatdırılması da daxil olmaqla, Ukraynaya rusiyayönlü separatçılarla mübarizə üçün 500 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Həmçinin 2014-cü ildə Krımın zəbtindən sonra Pentaqonun Rusiya hərbçiləri ilə birbaşa əməkdaşlığına dair qadağa uzadılır.
Komitə Avropanın şərq cinahında təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən Pentaqonun layihəsi üçün 4,6 milyard dolların ayrılmasını bəyənib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 465 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]