altun.az

Türkiyə S-400-ün sınağına başladı - Foto

25-11-2019, 21:53

Türkiyə S-400-ün sınağına başladı - Foto


Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 25-də S-400 zenit-raket müdafiə komplekslərinin ilk sınağına başlayıb.

Altun.az xəbər verir ki, test sınaqları Ankara vilayəti ərazisində keçirilir. Rəsmi məlumata görə, yoxlama prosesi çərçivəsində səmaya müxtəlif uçuş aparatları buraxılıb, o cümlədən F-16 qırıcı təyyarələri uçuşa qalxıb. Türkiyənin hərbçi mütəxəssisləri zenit-raket sistemləri və təyyarələr arasında əlaqənin vəziyyətini yoxlayıblar.

Sınaqlar noyabrın 26-da da davam etdiriləcək.

Qeyd edək ki, rəsmi Ankaranın sifarişi ilə Rusiyada Türkiyə üçün S-400 zenit-raket komplekslərinin tədarük edilməsi ABŞ başda olmaqla bəzi NATO üzvlərinin ciddi narazılığına səbəb olub. Bütün siyasi təzyiqlərə baxmayaraq, Türkiyə 2017-ci ildə Rusiya ilə imzaladığı S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar məbləğində kredit sazişinin icrasından geri çəkilmədi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 35 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com