altun.az

"Bundan sonra hər kəs istədiyi adamın evinə gedə, qapı-pəncərəsini qıra və adamı çölə atıb, orada məskunlaşa biləcək..." - Suraxanı RP-indən ŞOK ADDIM

20-12-2018, 12:22

"Bundan sonra hər kəs istədiyi adamın evinə gedə,  qapı-pəncərəsini qıra və adamı çölə atıb, orada məskunlaşa biləcək..." - Suraxanı RP-indən ŞOK ADDIM

Bu il mart ayının 5-də bir qrup şəxs, əllərində balta, çəkic, armatur oğlumun yaşadığı evinə hücum edib, qapı-pəncərəni qıraraq, Suraxanı rayon polisinin iştirakı ilə evdən çıxarıblar. Bülbülə (Kəbleyi, Lotu, Avtoritet..) Tahirin də havadarlıq etdiyi bu qrupa qarşı cinayət işi açılmasına baxmayaraq, bu günədək cavabdehlər məsuliyyətə cəlb edilməyib. Dünən Suraxanı rayon polis idarəsində müstəntiqdən eşitdiklərim isə məni xəyal qırıqlığına uğratdı. İstintaq rəisinin dediyinə görə, sən demə, vətəndaşın evinə basqın edilməsi, qonşuları narahat etmədiyi üçün, ictimai asayişi pozmaq hesab edilmirmiş, ona görə də xuliqanlıq hərəkəti sayılmırmış. Yəni, bundan sonra hər kəs, istədiyi adamın evinə gedə, qapı-pəncərəsini qırıb evinə daxil ola və adamı evindən çölə atıb, orda məskunlaşa bilər. Buna görə heç kim məsuliyyətə cəlb edilməyəcək....
Pulun qüdrətinə baxın ha... Bundan əvvəl Lotu Tahirdən Dİ nazirinin müavini general-mayor V.Eyvazova ərizəylə müraciət etmişdim, MCQMİ-də onu "vicdanlı alıcı" kimi aradan çıxardılar. Tahirin dediyinə görə bu, ona "12500 dollara başa gəlib". Suraxanı 31-ci polis bölməsində də Tahirin "5000 manat xərci çıxıb". Suraxanı Polis İdarəsində isə: "100 min manatlıq villa tikdirməlisən, get hardan tapırsan tap, arxanda durmuşuq"-deyiblər. Kəbleyi Tahirin bu dediklərinə mən də zamanında inanmamışdım. Amma, istintaqın nəticəsi ilə bağlı dünən baş vurduğum Suraxanı Polis İdarəsində eşitdiklərim, bir sıra suallar oluşturdu.
1. Xətai rayon DYP rəisinin səs yazısını sosial şəbəkədə yayımlayan vətəndaş üç gün müddətində tapılıb, 15 günlük həbsə atıldığı halda, adi vətəndaşın evinə silahlı hücum edən məlum dəstə üzvləri nədən məhkum edilmir?!..
2. Dİ naziri general-polkovnik R.Usubov: "kriminal nəzarətimiz altındadır"- dedikdə, bu kriminala "krışa"lıq etdiklərinimi nəzərdə tutub? Deyilsə, bu cinayətkar qrup daha nə etməlidir ki, qanun qarşısında cavab versinlər?!
3. BŞBPİ-nin rəis müavini, general E.Həsənovun da bu əməlin "xuliqanlıq əməli" olduğunu tövsiyyə etməsinə rəğmən, Suraxanı Polis İdarəsindəki bu "canıyananlıq" nəyin əlamətidir?...
4. Suraxanı rayon məhkəmə qətnaməsinin olmasına rəğmən, 10 aydan bəri oğlumun evindən qovulmasına Suraxanı rayon Polis İdarəsinin müşahidəçi mövqeyi nəyin göstəricisidir? Lotu Tahirin dedikləri həqiqətdirmi? Deyilsə, susqunluğun izahı varmı?..
5. Dəfələrlə yazılı, şifahi, elektron poçt vasitəsi ilə müraciət etməyimə baxmayaraq, Dİ naziri cənab R.Usubov, şikayətimi dinləmək üçün, nədən məni qəbul etməkdən imtina edir?!....
Bu sualları cavablandırmağın kimlər üçünsə çətin olacağını əvvəlcədən bildiyim üçün, ünvanına çatmasını istədim. Hüquqi dövlətdə yaşadığımızı siz də təsdiq edirsinizsə, məni susdurmağa deyil, özbaşınalığa, xuliqanlığa, hərc-mərcliyə son verin, cənab R.Usubov!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 892 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com