altun.az

"Suraxanı rayon Polis İdarəsi cinayətkarları himayə edir..." - Baş redaktordan Dİ nazirinə MÜRACİƏT

24-11-2018, 19:45

"Suraxanı rayon Polis İdarəsi cinayətkarları himayə edir..." - Baş redaktordan Dİ nazirinə MÜRACİƏT

Cinayətkarların əliylə “arzuolunmaz” şəxslərin susdurulması, hüquqi dövlətçiliklə bir araya sığmır-Baş redaktor
Bir ilə yaxın müddətdə bir qrup cinayətkar dəstə tərəfindən silahlı basqın nəticəsində oğlunun evindən çıxarılmasına, Suraxanı Polis İdarəsi əməkdaşlarının həmin dəstəni himayə etməsinə etiraz olaraq, Altun.az xəbər portalının baş redaktoru S.Məmmədli Dİ nazirinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi aidiyyatı qurumların və ictimaiyyətin diqqətinə çatdırırıq.


Azərbaycan Respublikası
Daxili İşlər naziri general-polkovnik
cənab R.Usubova

Cənab nazir!
Bu, mənim Sizə üçüncü müraciətimdir. 2017-ci ilin dekabr ayından başlayan bir özbaşınalıq qarşısında ölkə hüquq-mühafizə orqanlarının bu dərəcədə aciz, rəzil duruma salınması, bir vətəndaş olaraq, bu cinayətin qurbanlarının “qüdrətli dövlət”, “güclü ordu”, “sarsılmaz sabitlik” haqda daim yüksək tribunalardan səsləndirdiyiniz fikirlərin heç də həqiqət olmadığı qənaətinə gəlməsinə səbəb olmaqdadır
Belə ki, 05.03.2018-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup-Aslanov Təbib,qayınları Müşviq, Cahid və oğlu, arvadı Nailə, baldızı Arzu və başqaları oğlum Altayın evinə silahlı basqın etmiş, evinin pəncərə şüşələrini balta ilə sındıraraq, evə daxil olmuş və hamilə həyat yoldaşına fiziki güc tətbiq etməklə, Suraxanı rayon polis əməkdaşlarının gözü qarşısında evindən çıxarmışlar. 2018-ci ilin yanvar ayından başlayan cinayətkar əməllər barədə nazirliyin 102 xidmətində də saysız müraciətlərimiz qeydə alınmışdır.
Kəbleyi Tahir (Bülbülə Tahir, Lotu Tahir, Reket Tahir, Avtoritet Tahir) kimi tanınan kriminal ünsürün də arxalarında durduğu bu qrupun qarşısının alınmaması və ya alınmaq istənməməsi bir sıra suallar meydana çıxarmaqdadır.
Əvvəla, guya Təbib adlı adamla oğlum arasındakı mübahisəni həll etmək üçün araçılıq edən Lotu Tahirlə mənim ilk görüşməmdən sonra oğlumun evinə basqınların mütəmadi xarakter alması, mənim bu adamın əməllərindən Dİ nazirinin müavini general-mayor V.Eyvazova müraciət etməyimə səbəb yaratdı. DİN-in MCQMİ-də Tahirlə mənim üzləşməmi qurum üzvləri nədənsə Tahirin bu prosesə avtoritet, reket kimi deyil, guya “vicdanlı alıcı” kimi qoşulduğunu, sonda həmin evi mənim oğlumdan almaqdan imtina etdiyini əsas gətirməklə onun barəsindəki şikayət ərizəmi geri götürtməyə nail oldular. Eyni əməli Suraxanı rayon Baş Polis İdarəsində də təkrar edib, Lotu Tahiri məsuliyyətdən kənarlaşdırdılar. Suraxanı Rayon Polis İdarəsinin həyətində Tahirlə söhbətimiz zamanı bütün bunların ona ucuza başa gəlmədiyini, MCQMİ-də 12000 (on iki min)ABŞ dolları dəyərində “hədiyyə”, Suraxanı rayon 31-ci polis bölməsində 5000(beş min) manat rüşvət, Suraxanı rayon Polis İdarəsinin rəisi üçün isə 100000 (yüz min) manatlıq villa tikdirməsi müqabilində mümkün olduğunu etiraf edib. Onun dediklərinin məntiqə uyğun gəlmədiyini bidirsəm də, bu barədə adı gedən qurum rəhbərlərinə də məlumat verdim ki, lazımsız şayiələrin yaranmasının qarşısını almaq üçün tədbirlər görsünlər. Təəssüf ki, nəinki tədbir görülmədi, hətta Suraxanı rayon Polis İdarəsi tərəfindən mart ayından açılmış cinayət işi bu günə qədər yekunlaşdırılıb, cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün, məhkəməyə verilmir.
Cənab R.Usubov!
Cinayətkarların əliylə ölkədə “arzuolunmaz” şəxslərin susdurulması, heç də hüquqi dövlətçiliklə bir araya sığmır.
Suraxanı rayon Polis İdarəsində baş verən bu özbaşınalığa son qoyulması, cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün həmin cinayət işini şəxsi nəzarətinizə götürməyi Sizdən xahiş edirəm.
Nəzərinizə çatdırım ki, oğlumun xeyrinə Suraxanı rayon məhkəməsinin qərarı olmasına rəğmən, mart ayından oğlum qanunsuz olaraq evindən çıxarılıb və kirayələrdə qalmaq məcburiyyətindədir. Məhz bu da Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının laqeydliyi və cinayətkar qrupu himayə etməsi sayəsində baş verməkdədir.

İmza: Məmmədov Süleyman Cəlal oğlu
Altun.az xəbər portalının baş redaktoru
24.10.2018


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 895 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com