altun.az

Ordumuz gecə tapşırığı sınağından da uğurla çıxdı

13-03-2018, 11:07

Ordumuz gecə tapşırığı sınağından da uğurla çıxdı

Təlim rəhbərliyinin qərarına əsasən, qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
Bu barədə Altun.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində kombinə üsulu ilə yürüş icra edib.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 17-dək davam edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]