altun.az

Baş nazir müavinlərlə bağlı bu tələbindən vaz keçdi

28-02-2018, 09:47

Baş nazir müavinlərlə bağlı bu tələbindən vaz keçdi

Azərbaycanda yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsi barədə tələb ləğv edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.
Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nı 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edib. Qərara əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat verilir. Həmin qərarda katibə, kargüzar, sürücü və liftçinin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsinə dair tələb əksini tapıb. Ancaq Nazirlər Kabineti 27 noyabr 2017-ci il tarixli qərarı ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda dəyişiklik edib və dövlət orqanlarında işə götürülən katibə, kargüzar, sürücü və liftçinin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsinə dair tələbi ləğv edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com