altun.az

Türkcü Emin Kürşad Rasul Cunayevi qınayanları hədələdi - FOTO

1-08-2017, 18:50

Türkcü Emin Kürşad Rasul Cunayevi qınayanları hədələdi - FOTO


Yaltaqlar şurası üzvülərinin nəzərinə ; bir qarın çörək nə şirin olub ki , ərliyi, kişiliyi ona qurban verirsiz!!!

Mən Rəsul Cunayevi şəxsən tanımıram, amma elimizin, obamızın qəhrəman oğlu kimi hər dəfə yarışlarda Azərbaycan bayrağını ucalara qaldırıb dalgalandırdıqca onunla və onun kimi digər oğullarımızla qürur duymuşam!

Bu gün Rəsul Cunayev və digər idmançılarımız haqlı tələblərini irəli sürəndə nəyə görə onların sözləri bəzi üzdəniraq yaltaqlara ox kimi batır?

Onlar neçə yerdən maaş alsalar belə verilən pul onların halal pullardır, çünki alın təri ilə qazandıqları pullardır.

Onlara qazandıqları pulları heç bir məmur hədiyyə etməyib və etməzdə. Nə qədər kölə təfəkkürlü insan olasan ki, harınlamış məmur sürüsü üçün azad düşüncəli insanlara hücuma keçəsən. Bu həyatın sürprizləri çoxdur. Bilmək olmaz sabah kimi nə gözləyir. Bəziləri, sözünü cəsarətlə deyə biləcək qəhrəman oğullarımız üzərindən kimlərəsə yarınmaq məqsədi ilə xal tutmağa çalışırlar.

Amma mən üzümü o yaltaq sürüsünə tutub demək istəyirəm; öz Millətini, Vətənini acgözlüklə talayan məmur səninlə birlikdə səngərə girməyəcək, özünə oxşar tülkü övladlarınıda götürüb aradan çıxacaq. Biz isə Rəsul Çunayev və digər onun kimi qəhrəman oğullarımızla birlikdə bu Vətənin keşiyində dayanacağıq !!!

Yaşasın Millətim! Yaşasın, var olsun Vətənim Azərbaycan!
Türkcü Emin Kürşad Rasul Cunayevi qınayanları hədələdi - FOTO
Türkcü Emin Kürşad Rasul Cunayevi qınayanları hədələdi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 064 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]