altun.az

Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO

28-02-2017, 10:24

Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO

Türkiyənin Kocaeli Universitetində Xocalı qətliamı anılıb. Soyqırımda həyatını itirənləri yad edən tələbələrlə onlara müxalif fikirdə olanlar arasında dava düşüb.

Altun.az milliyyet.com.tr-a istinadla xəbər verir ki, universitetdə olan polislər dava edənləri ayırmaq üçün əlavə qüvvələr çağırıblar. Dava yerinə xeyli sayda polis cəlb olunub.

Polislər dava edənləri ayırsalar da, bir-birinə daş və dəyənəklərlə hücum edən tələbələr yenidən toplaşmağa cəhd ediblər.

Hadisə zamanı bir tələbə və bir təhlükəsizlik işçisi xəsarət alıb. Yaralananlar kampusun Tibb fakültəsinin xəstəxanasına yerləşdiriliblər.

Tələbələrin təkrar qarşı-qarşıya gəlməməsi üçün polis ərazidə nəzarəti gücləndirib. Çağırışlara əməl etməyən 47 tələbəninin saxlandığı deyilir.

Tələbələrdən biri “PKK-lı vətən xainlərini oxumağa icazə verməyəcəyik. Biz vətənini sevənlərik. Xainlər, PKK dəstəkçiləri, bu vətənin çörəyini yeyib, bu ölkənin əsgərinə güllə atan insanları burada oxumağa qoymayacağıq” şüarını səsləndirib.
Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO
Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO
Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO
Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO
Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 634 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]