altun.az

Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR

15-02-2017, 15:04

Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayılrayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

Altun.az xəbər verir ki, nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edir.

Ə. Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.

Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.

Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işlər aparıldığını diqqətə çatdırıb.

Ə. Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisinin aşkarlandığını da diqqətə çatdırıb. (apa)
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 523 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com