altun.az

Ev heyvanları üçün qeyri-adi çanta - FOTO

27-01-2017, 21:23

Ev heyvanları üçün qeyri-adi çanta - FOTO

Ev heyvanları üçün qeyri-adi çanta.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, U-Pet şirkəti ev heyvanları üçün qeyri-adi çanta təqdim edib. Artıq bu bel çantası ilə heyvanlarla istənilən yerə getmək, hətta səyahətə belə çıxmaq mümkün olacaq.

Tamamilə təhlükəsiz olan bu bel çantası xüsusi olaraq sizin ev heyvanınız üçün kiçik pəncərə ilə təchiz olunub. O, elə dizayna malikdir ki, sizin sevimli ev heyvanınız ətrafı rahatca görə biləcək. Kiçik dairəvi pəncərə buna kömək olacaq, onu qapalı, isti hava zamanı isə açıq saxlamaq olur. Bu çantanı U-PET şirkəti istehsal edib. Heyvanlarınızın rahatlığı üçün quyruqlarını yerləşdirə biləcəkləri, eyni zamanda havalandırma dəlikləri vardır. Çantanın ilkin satış qiyməti 129 dollardır. U-Pet bir çox rəng və fərqli dizaynları ev heyvanları olan insanları sevindirəcək.
Ev heyvanları üçün qeyri-adi çanta - FOTO
Ev heyvanları üçün qeyri-adi çanta - FOTO
Ev heyvanları üçün qeyri-adi çanta - FOTO
Ev heyvanları üçün qeyri-adi çanta - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 784 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com