altun.az

İstanbulda qətliam törədən terrorçunun FOTOLARI

3-01-2017, 12:50

İstanbulda qətliam törədən terrorçunun FOTOLARI

İstanbul şəhərinin Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda Yeni il axşamı terror aktı törədən şəxsin görüntüləri yayılıb.

Altun.az xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları təhlükəsizlik kameralarından terrorçunun görüntüsünü əldə ediblər.

Videoda onun hadisə yerindən taksiyə minərək uzaqlaşdığı və daha sonra avtomobildən düşdüyü görünür.

Taksi sürücüsü ilə mübahisə edən terrorçunun başqa bir taksiyə minərək qaçdığı an kameralara həkk olunub.

Qeyd edək ki, “Reina”da törədilən terakt nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.
İstanbulda qətliam törədən terrorçunun FOTOLARI
İstanbulda qətliam törədən terrorçunun FOTOLARI
İstanbulda qətliam törədən terrorçunun FOTOLARI


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 576 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com