altun.az

944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış

29-08-2017, 13:35

944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış

Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.
Altun.az xəbər verir ki, Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçirdiblər. Həkimlər 4 il davam edən tərcübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurublar. Pasientlər 20 dəqiqə müddətində klinki ölüm keçirdiblər.
Mütəxəssislər iddia ediblər ki, bu proses insan orqanizmi üçün zərərli deyil. Prosesdən sonra həkimlər digər dərmanlardan ibarət qarışımı insan orqanizminə yeridib, qandakı ozonu filtrləyərək təmizləyiblər. Bu təcrübə kardiopulmonal adlı qurğunun icadından sonra baş tutub.
Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.
944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.
Mütəxəssislər əlavə edirlər ki, təcrübədə müxtəlif dindən olan insanlar iştirak ediblər. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmayıb və bütün insanlar eyni hissləri bölüşüblər. Bu təcrübədə dini görüşləri bəlli olan şəxslərdən əlavə, ateistlər də iştirak ediblər.
Alimlərin fikrincə, kliniki ölüm anında şüur bədəndən ayrılır.
Akkerman qeyd edir: “Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək. Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı düşündürən ən dərin sualın cavabını tapa bildik. Bəli, ölümdən sonra da həyat var”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 479 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]