altun.az

TİBDƏ İNQİLAB: İnfarktın və iflicin qarşısını alan dərman kəşf edildi

29-08-2017, 11:07

TİBDƏ İNQİLAB: İnfarktın və iflicin qarşısını alan dərman kəşf edildi

Təxminən 40 ölkədə 10 000 xəstənin 4 il müddətində izlənməsi ilə aparılan bir araşdırma iltihab əleyhinə istifadə edilən dərmanların infarkt və iflic riskini azaltmasını ortaya qoyub.
Altun.az xəbər verir ki, araşdırmanı aparan mütəxəssislər sınaqlarda “canakinumab” adlı dərmandan istifadə edib.
Araşdırmaya qatılan xəstələrdə təkrar infarkt və iflic riskinin 15% azaldığı müşahidə edilib. Bununla da, bəzi elm adamları dərmanın təsir gücünü, əks təsirlərini və maddi dəyərini araşdırmağa başlayıb.
Araşdırmaya rəhbərlik edən Harvard Universitetinin Tibb fakültəsi doktoru Paul Ridker bu çalışmaların müalicə işində yeni bir istiqamət açacağını bildirib.
İngiltərənin Ürək Xəstəlikləri Vəqfi uzun müddətdir həyəcanla nəticələri gözlənilən araşdırmanın insanların həyatını qurtarmağa yardımçı ola biləcəyini bildirib.
Lakin bəzi mütəxəssislər “canakinumab” dərmanını qəbul edən çox sayda xəstədə ölümcül infeksiya və qan zəhərlənməsinə (sepsis) rast gəlib.
Standford Universitetinin Tibb fakültəsinin professoru Robert Harrinqton dərmanın əks təsirlərinin daha çox ola biləcəyini deyib. O, “canakinumab” adlı dərmanın mütəmadi olaraq xəstələr tərəfindən istifadə edilməsinin dərmanın qiymətinin aşağı düşməsinə heç bir təsiri olmayacağını da qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 593 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]