altun.az

Kişilər başqa qadınlara niyə baxır?

27-08-2017, 23:30

Kişilər başqa qadınlara niyə baxır?

Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.
Altun.az xəbər verir ki, qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.
Araşdırmada kişi və qadın könüllülərə müxtəlif üzlər göstərilib və nə dərəcədə cazibədar hesab etdikləri soruşulub. Sonra isə əvvəldə göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir daha qiymətləndirmələri istənib. Kişi könüllülər sonradan əlavə olunan qadın üzlərini birinci verilənlərə nisbətən daha cəlbedici sayıblar.
Araşdırmada həmçinin könüllülərdən şəkildə gördükləri üzlərin həyat yoldaşlarının üzlərinə nə qədər bənzədikləri soruşulub. Kişilər arvadlarına ən az oxşayan üzləri ən cazibədar üzlər kimi qiymətləndiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 502 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]