altun.az

Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır

22-08-2017, 14:40

Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır

Alimlər Marsda gecələr qar yağdığını bildiriblər.

Altun.az xəbər verir ki, "Centre National de la Recherche Scientifique" mərkəzinin amerikalı və fransız tədqiqatçıları Qırmızı Planetdə gecələr qar yağdığını müəyyən ediblər.

Alimlərin fikrinə əsasən Marsın arxa tərəfində, 10-20 km hündürlükdə quru buz və ya donmuş karbon qazından buludlar yaranır. Günəş batdıqdan sonra buzun bir hissəsi planetin üzərinə enir və güclü külək əsl qar fırtınası yaradır.

Tədqiqatçılar qeyd ediblər ki, qarın yüksək sürətlə hərəkəti qədim Mars atmosferində suyun yoxa çıxma səbəblərindən biri ola bilər. Yeni kəşf Mars və digər kosmik obyektləri daha yaxşı tədqiq etməyə imkan yaradacaq.

Qeyd edək ki, 2008-ci ildə "Phoenix" Mars aparatının köməyi ilə planetdə qar yağışı qeydə alınıb. Qarın analizindən sonra onun tərkibində donmuş su kristalları aşkar edilmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 535 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]