altun.az

“Fəzalılar burnumuzun dibindədir”- NASA-ya milyonlar xərcləyən şəxs

3-06-2017, 23:02

“Fəzalılar burnumuzun dibindədir”- NASA-ya milyonlar xərcləyən şəxs


NASA ilə ortaq tədqiqatlar aparan Biqelow Aerosapce şirkətinin qurucusu Robert Biqelow fəzalıların əsasən, Yer kürəsində, insanların arasında olduğunu bildirən yeni faktlar səsləndirib.

Altun.az xarici mediaya istinadən xəbər verir ki, şirkət sahibi tədqiqatlarına yanlış pul xərclədiyi üçün özünü qınayıb: “illərdir ki, yadplanetliləri axtarmaq üçün milyonlarla dollar xərclədim. Lakin onlar aramızda, burnumuzun dibində imiş”.

Bu sözlərin sıradan bir insanın yox, lazımı axtarışlar üşün milyonlarla dollar xərcləyən mütəxəssisin dilindən deyilməsi ABŞ mətbuatında rezonans yaradıb. CBC News telekanalının “60 dəqiqə” proqramında qonaq olan şirkət rəhbəri 1999-cu ildən bu yana kosmik araşdırmalar üçün pul xərclədiyini, bu işdə NASA ilə ortaq olduqlarını bildirib. Uzun illər və böyük pullar müqabilində o, yalnız bu qanətə gəlib: fəzalıları məhz Yer kürəsində axtarmaq lazımdır.

Bir neçə kosmik stansiyanın inşasına maliyyə ayıran şirkət rəhbərinin bu etirafı proqramda çox böyük marağa səbəb olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 353 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]