altun.az

NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı

30-05-2017, 10:20

NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı

Amerika Milli Aviasiya və Kosmos Dairəsi (NASA) keçən il Yupiterə göndərdiyi Juno peyki haqqında yeni məlumatlar yayıb. Peyk ilk dəfə planetin qütb orbitini yaxından müşahidə edib.
Altun.az xəbər verir ki, NASA Juno peykinin ötən ilin sonunda Yupiterin qütb orbitində başladığı kəşfiyyat fəaliyyətinin ilk görüntülərini yayımlayıb. Juno peyki planetin qütb orbitində əmələ gələn nəhəng qasırğaların fotolarını çəkib..
Görüntülərdə planetin qütb hissəsində statik hava axınlarının hakim olduğu ekvatordan fərqli olaraq güclü turbulentlik müşahidə olunub.
Peykin cənub qütbün təxminən 52 min kilometr yuxarısından çəkdiyi yüksək keyfiyyətli görüntülərdə 1000-2800 kilometrlik diametrə malik qasırğalar aydın seçilir.
Elm adamları fotoları şərh etməyə tələsmir. Alimlər bunun tam olaraq nəhəng hava axınları, yoxsa Yupiterin ekvator bölgəsində yaratdığı qalıcı Böyük Qırmızı Ləkə sahəsinə bənzər sahə olduğunu müəyyənləşdirməyə çalışır.
Juno peykinin fəaliyyətini izləyən Araşdırma İnistitunun alimi Skot Bolton deyir ki, bizim bu günə qədər ekvatordan gördüyümüz Yupiter tam başqa idi : "Yupiter planetinin yeni halını kəşf etdik. Qütbdən baxdıqda tamamilə başqa bir Yupiter görürük. Kəşf etdiyimiz isə yeni və qəribə gerçəklikdir. Çox fərqli və mürəkkəb bir quruluşdur".
Tətqiqatçılar bu elmi araşdırmanın nəticələrinin nəinki Yupiteri, hətta dünyanı da yerindən oynadacağını deyib.
NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı
NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı
NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı
NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 674 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]