altun.az

Dünyanın ən qədim bitkisi tapıldı

16-03-2017, 09:19

Dünyanın ən qədim bitkisi tapıldı

Dünyanın ən qədim bitkisi Hindistanın Madhya Pradeş əyalətində tapılıb.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər 1.6 milyard il əvvələ aid olduğu təxmin edilən qırmızı yosun qalıqlarının ən qədimi bitki olmasını güman edir. İsveçin Təbiət Tarixi Muzeyinin professoru Teresa Salstedin rəhbərlik etdiyi araşdırma qrupu, Çitrakot şəhəri yaxınlığında, çöküntü qayalar içində yeni qalıqlar tapdığını açıqlayıb.

Elm adamlarına görə, bu kəşflə birlikdə 400 milyon il əvvələ qədər olan qədim bitkilər haqda yeni məlumatlar öyrənilə biləcək. Hindistanda tapılan və qalıq halını alan çoxhüceyrəli qırmızı yosun görkəminə görə dəniz yosununa bənzəyir. Alimlər hesab edir ki, əgər bu bitki üzərində ciddi araşdırılmalar aparılsa, milyon illərlə öncəyə aid çoxhüceyrəli bitkilərin keçmişinə dair effektli faktlar üzə çıxa bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 726 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]