altun.az

İtkin peyk tapıldı - NASA-dan möhtəşəm YENİLİK

13-03-2017, 15:03

İtkin peyk tapıldı - NASA-dan möhtəşəm YENİLİK

NASA 8 il əvvəl əlaqənin kəsildiyi Hindistan peyki "Chandrayaan-1"dən yeni siqnallar alıb.
İtkin peykin hələ də Ayın orbitində dolaşdığı düşünülür.
Altun.az xəbər verir ki, araşdırma qrupu Ayın qütb orbitində peykin keçə biləcəyi əraziyə mikro dalğa şüaları yollayıblar. Nəticə olaraq peykin radar siqnallarını yenidən tuta biliblər.
Ay orbitində təxminən 1,5 metrlik kiçik bir aparatın yerinin bu cür dəqiqliklə təsbit edilməsi mütəxəssislər tərəfindən çox böyük uğur kimi qiymətləndirilir. Onların fikrincə, bu yenilik Aya təhlükəsiz səfər etmək üçün yeni cığır açır.
"Chandrayaan-1" peyki Ay səthinin geoloji və kimyəvi xəritəsini çıxarmaq üçün 2008-ci ildə orbitə buraxılıb. İki il davam etdirilməsi nəzərdə tutan araşdırma 28 avqust 2009-cu ildə siqnalların tamamilə kəsilməsi nəticəsində dayanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 608 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]