altun.az

Gələn il Ay ətrafında turistik uçuş təşkil olunacaq

28-02-2017, 10:48

Gələn il Ay ətrafında turistik uçuş təşkil olunacaq

“SpaceX” şirkəti 2018-ci ildə iki kosmik turisti bir həftəlik Ay ətrafında uçuşa göndərməyi planlaşdırır.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətdə uçuş “Dragon 2” kosmik gəmidə, “Falcon Heavy” raket daşıyıcının yardımı ilə həyata keçiriləcək. Sınaq uçuşlar bu il baş tutacaq.

“SpaceX” turistlərin adını açıqlamayıb. Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, Ay ətrafında səyahət bir həftəyə yaxın vaxta başa gələcək. Uçuş çərçivəsində Ayın səthinə çıxış nəzərdə tutulmur. Şirkətdə turistlərin uçuş üçün ödənişin əsas hissəsinin yatırıldığı bildirilib.

Turistlərin tibbi yoxlamaları və məşqləri bu il başlayacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 602 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]