altun.az

NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib

16-01-2017, 11:24

NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib

Marsın NASA tərəfindən çəkilmiş şəkillərində ufoloqlar şüurlu həyatın əlamətlərini tapıblar. Onlar ev, kosmik gəmi və iki canlı varlığın fiqurlarıdır.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər qırmızı planetin şəkillərini analiz edərkən orada şüurlu həyatı əks etdirən aşkar əlamətləri müşahidə ediblər. Əvvəlcə NASA-nın entuziastları evi müəyyən ediblər. Onu hətta uzaq məsafədən ayırd etmək mümkündür. Binanın açıq pəncərələri belə aydınca görünür.

Evin yaxınlığında ufoloqlar kosmik gəmiyə oxşayan, yaşayış yerinin yaxınlığındakı dayanacağa park edilmiş nə isə görüblər. Mütəxəssislər həmçinin iki canlının başını da fərq ediblər ki, onların da yerli sakinlər olduğu güman edilir.

Bununla yanaşı ufoloqlar bildiriblər ki, NASA bütün şəkilləri ağ-qara fonda çəkir ki, həmin peyzajdakı elementləri adi gözlə müəyyənləşdirmək çətindir. Onlar rəngli olsaydı, daha aydın seçilərdir.

Bu tapıntı alimlərin Marsda şüurlu sivilizasiyanın olduğu barədə nəzəriyyələrini təsdiqləməyə kömək edir.
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 628 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]