altun.az

Arktikada yeni kəşf — 90 milyon il yaşı olan quş tapıldı

27-12-2016, 00:23

Arktikada yeni kəşf — 90 milyon il yaşı olan quş tapıldı

Arktikada alimlər tərəfindən 90 milyon il əvvəl yaşamış naməlum dişli quş tapılıb.

Altun.az xəbər verir ki, geoloqlar Arktika ərazisində naməlum quş qalıqlarına rast gəliblər. Bu barədə məlumat "Scientific Reports" elmi jurnalında dərc edilib.

Bildirilir ki, Roçester universitetinin geoloqlar komandasının tapdığı quş qalıqları 90 milyon il əvvələ məxsusdur.

"Tingmiatornis arctica" adlandırılan quş sümükləri onun qağayı və qarabatdağa bənzəyən bir heyvan tipi olduğunu göstərir.

Bu quş suya baş vururmuş və iti dişlərə malik olub.

Bundan əvvəl tapılan qalıqlar alimlərə o dövrün ekoloji sistemini müəyyən etməyə imkan verəcək.

Bundan başqa, bu tapıntılar hesabına qlobal istiləşmənin təsirlərini öyrənmək mümkün olacaq.

Alimlərin fikrinə görə, qlobal istiləşmə əvvəllər də olub və indi bu tapıntıların köməyi ilə gələcəkdə iqlim dəyişikliklərinin necə təsir edəcəyi barədə təxminlər əldə etmək mümkün olacaq.

Alimlərin qənaətinə görə, bu quşlar vulkanik ərazilərdə yaşayıblar və tısbağa, timsahabənzər kərtənkələlərlə qidalanıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 607 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]