altun.az

Yerin altında nəhəng okean aşkar edildi

23-11-2016, 11:02

Yerin altında nəhəng okean aşkar edildi

Böyük Britaniya və Amerika geofizikləri Yer kürəsinin dərin qatlarında konservləşdirilmiş nəhəng okeanı aşkar ediblər.

Altun.az xəbər verir ki, suyun böyük həcmi planetin səthindən 400-600 kilometr dərinlikdədir və hidratlaşdırılan minerallarla konservləşdirilib.

Alimlər qeyd edirlər ki, Yer kürəsinin dərin qatlarında suyun mövcudluğu planetin geoloji fəallığı və iqlim dəyişikliklərində mühüm rol oynayır.

Həmçinin mart ayında Rusiya, Fransa və Almaniyadan olan geokimyaçılar yer səthinin 410-660 kilometr dərinliyində arxey dövrünün (2,7 milyard il) okeanını aşkar ediblər. Onun həcmi dünya okeanının ölçülərini dəfələrlə ötür. Alimlərin tədqiqatı “Nature” jurnalında dərc edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 701 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]