altun.az

Marsda qeyri-adi tapıntı

2-11-2016, 20:18

Marsda qeyri-adi tapıntı

“Curiosity” kosmik aparatı Mars planetinin səthində dairəvi formaya malik metal meteorit aşkarlayıb.

Altun.az xəbər verir ki, “Curiosity” qeyri-adi tapıntıya ötən həftə Şarp dağının ətəyində rast gəlib. “Egg Rock” adlandırılan meteoritin diametri dörd santimetrdir.

Tədqiqatçılar hesab edirlər ki, səma cisminin forması Qırmızı planetin atmosferinə daxil olması nəticəsində formalaşıb.

ABŞ-ın Arizona universitetinin alimlərinin fikrincə, meteoritin tərkibi nikel və dəmirdən ibarətdir. Səma cisminin yaxşı vəziyyyətdə qalması Marsda oksigenin olmaması ilə izah edilir.

Qeyd edək ki, “Curiosity” kosmik aparatı Mars planetinə NASA tərəfindən 26 noyabr 2011-ci il tarixdə göndərilib. Aparat 6 avqust 2012-ci il tarixində Qırmızı planetin səthinə Qeyl krateri rayonunda eniş edib. Bu NASA-nın “Mars Science Laboratory” proqramı çərçivəsində Qırmızı planetə göndərdiyi üçüncü aparatdır.

Şarp dağı Qeyl kraterinin mərkəzində yerləşir. Hündürlüyü 5,5 kilometrdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 757 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]