altun.az

Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı

2-04-2019, 10:54

Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı

Ailəsi ilə birlikdə ABŞ-da yaşayan azərbaycanlı gənc İbrahim Məmmədov maraqlı bir uğura imza atıb.
Altun.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, o, Harvard, Yel, Stanford, Prinston, Kolumbiya universitetləri daxil olmaqla, dünyanın doqquz aparıcı universitetinə qəbul olub.
Hələ 9 yaşında ikən Azərbaycandan köçən İbrahim məktəb təhsilinin böyük hissəsini Nyu Yorkda, Bruklin Texniki Litseyində alıb. İndi isə o, təhsilini Harvard Universitetində davam etməyə və Azərbaycan dilinin etnoqrafiyası haqda elmi araşdırma aparmağa hazırlaşır.
Arzuladıqları universitetlərə qəbul olmaq istəyən gənclərə tövsiyəsində İbrahim onlara çox şeyləri qurban verməli olacaqlarını qeyd edib:
“Xoşladığım, sevdiyim işləri görməyə vaxt tapa bilmirdim. Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm. Bu cür çətinliklərə üzləşəndə həvəsdən düşməsinlər, oxumaqlarına davam etsinlər. Axırı yaxşı olacaq”.
İbrahim Məmmədovla tam müsahibə aşağıdakı videoda:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 484 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]