altun.az

700 direktor vəzifəsi boşdur – Nazirlikdən açıqlama

5-02-2019, 14:27

700 direktor vəzifəsi boşdur – Nazirlikdən açıqlama

Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var.
Altun.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, həmin yerlərin yalnız 11-i Bakı şəhərinin payına düşür.
E.Bağırov bildirib ki, vakant direktor yerlərinə işə qəbul üçün keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilib: "Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq. Uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək. Hazırda nazirlik tərəfindən müsabiqənin yekun yerləşdirmə mərhələsi həyata keçirilir. Uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən yerlərdən əlavə yeniləri də təklif oluna bilər".
Nazirlik rəsmisi əlavə edib ki, vakant yerlər namizədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək: "Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif edilsin".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 414 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]