altun.az

Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam

16-01-2019, 16:56

Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam

Baş nazir Novruz Məmmədov Azərbaycanda hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.
Altun.az xəbər verir ki, Baş nazir Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq qərar verib:
1. Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq, 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün.
3. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Baş nazirin bu sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və nəzərdə tutulan tədbirlər təxirə salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 248 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com