altun.az

“Gerb”-Herb kimi yazılmalı, himnimizin isə sözü dəyişdirilməlidir - Rəfael Hüseynov

1-05-2018, 19:01

“Gerb”-Herb kimi yazılmalı, himnimizin isə sözü dəyişdirilməlidir - Rəfael Hüseynov

Bütün qanunlarda, hətta orfoqrafiya lüğətində də gerb sözü səhv yazılır.
Altun.az xəbər verir ki, bu sözləri millət vəkili Rəfael Hüseynov Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, söz əslində gerb yox, herb olmalıdır:
“Hər dəfə bu məsələni gündəmə gətirirəm. Herb polyak sözüdür, dilimizə rus dilindən keçib. Biz əcnəbi sözləri dilimizə qəbul edəndə orijinalda olduğu kimi veririk. Lakin yeganə sözdür ki, bu sözü olduğu kimi qəbul etməmişik. Başqa dilin orfoepiya normasını orfoqrafiya norması kimi qəbul etməməliyik”.
Millət vəkili himnin sözlərinin də dəyişdirildiyini deyib.
“Himndə “hüququnu dərk edən əsgər, hərə bir qəhrəman oldu” ifadəsi dəyişdirilib, “hüququndan keçən əsgər” kimi verilib. Bu, məntiqsizlikdir və biz bu gün oxuyuruq. Hesab edirəm ki, herb və himnimizə yenidən baxmalıyıq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 709 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]