altun.az

Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq

10-04-2018, 17:00

Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Dövlət İmtahan Mərkəzindən Altun.az-a bildirilib ki, sözügedən məsələ ilə əlaqədar olaraq, bu kateqoriyadan olan abituriyentlər ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) DİM-ə və ya Mərkəzin regional bölmələrinə təqdim etməlidirlər.
Sənədlər 2018-ci il 31 may tarixinədək təqdim olunmalıdır. Linkə daxil olaraq, tam siyahı ilə tanış ola bilərsiniz.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]