altun.az

Alim öldü, aləm öldü-Bayraqlar endirildi

1-04-2018, 13:09

Alim öldü, aləm öldü-Bayraqlar endirildi

İngiltərənin Kembric şəhərində dünya şöhrətli fizik Stiven Hokinqlə vida mərasimi keçirilib.
Altun.az xəbər verir ki, fizikə vida etmək üçün əraziyə çox sayda insan toplaşıb. Mərasim ötən gün 500 qonağın iştirakı ilə Müqəddəs Meri kilsəsində keçirilib. Kembricdə bayraqlar yarıya qədər endirilib.
Qeyd edək ki, 76 yaşlı Hokinq 14 martda vəfat etmişdi. Kosmos və zaman barədə araşdırmaları ilə məşhurlaşmış fizikin "Zamanın qısa tarixi: Böyük Partlayışdan Qara Dəliyə qədər" kitabı dünyada 10 milyon dəfədən çox satılıb və Errol Morris tərəfindən hazırlanmış sənədli filmin çəkilişinə səbəb olub. 2014-cü ildə onun həyatından bəhs edən "Hər şeyin nəzəriyyəsi" filmi müxtəlif mükafatlara sahib çıxıb.
Gəncliyindən bəri xəstəlikdən əziyyət çəkən və bədəninin nəzarətini itirən Stiven Hokinq "The Simpsons”, "Star Trek: The Next Generation” və "The Big Bang Theory" filmlərində iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]