altun.az

Kosmosa 900 bilet satıldı - 3 aydan sonra...

30-11-2017, 09:32

Kosmosa 900 bilet satıldı - 3 aydan sonra...

"Synergy Global Forum 2017” biznes forumunda kosmosa getmək istəyən 900 turistə bilet satılıb.
Altun.az xəbər verir ki, forumda iştirak edən "Virgin Galactic” şirkətinin sahibi britaniyalı milyonçu Riçard Brenson kosmosa uçan ilk turistlərə 900-ə yaxın bilet satıldığını deyib.
Biznes forum Rusiyanın paytaxtı Moskvada keçirilib.
Şirkət rəhbəri Brenson, bununla kosmosda yeni eraya keçid edəcəklərinə əmindir:
"3 aydan sonra "Virgin Galactic” kosmosa ilk turistləri aparacaq. Hazırda 900 bilet satılıb və kosmosa getmək istəyən yüzlərlə insan hələ də bilet gözləyir. Düşünürəm ki, burada olandan sonra insanlar dünya ölkələrinə deyil, qalaktikaya səyahət etməyə meyl edəcəklər".
Şirkət "kosmosa” biletləri 250 min dollar dəyərində elan edib. Lakin bu ilk dəfə üçün səciyyəvidir. Əgər bu sahəyə maraq artarsa, biletlərin qiymətlərində ciddi endirimlər olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]