altun.az

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

23-09-2017, 11:18

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

Ukrayna BMT sülh missiyasının yalnız təmas xəttində yerləşdirilməsi ilə bağlı Rusiyanın təklifini rədd edir.
Altun.az xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Kanadanın baş naziri Castin Trudo ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kiyev BMT-nin sülh missiyasının Donbas regionunun bütün ərazisində yerləşdirilməsinin tərəfdarıdır. Poroşenko xatırladıb ki, hələ 2015-ci il yazında Kiyev Donbasda sülhməramlıların yerləşdirilməsini təklif edib, lakin təklif Rusiya tərəfindən dəstəklənməyib.
“İndi, hesab edirəm ki, unikal şansımız var. Əlbəttə, bu, Rusiya ssenarisi olmayacaq. Çünki, siz bilirsiniz ki, bu ssenari iblis detallardan ibarətdir. Sülh missiyası BMT-nin mandatı ilə olmalı, Ukrayna və Rusiya arasındakı sərhədə qədər, yəni qoşunların işğal edilmiş əraziyə keçməsinə icazə verməmək üçün Donbasın bütün ərazisində yerləşməlidir”, - Ukrayna prezidenti deyib.
Dövlət başçısı hesab edir ki, Ukrayna ilə həmrəy bütün ölkələr sülh əməliyyatının hazırlamasında iştirak etməlidir. Poroşenkonun fikrincə, BMT sülh missiyasının tətbiqi Ukraynada sülhə gedən ən qısa yoldur.
Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin Donbasda sülhməramlıların yerləşdirilməsini təklif edib. Kreml hesab edir ki, sülh missiyası Ukraynın hökumət gücləri ilə separatçı qüvvələr arasındakı təmas xəttində yerləşdirilməlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 421 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]