altun.az

Donbasda növbəti atəşkəs rejimi qüvvəyə mindi

25-08-2017, 09:21

Donbasda növbəti atəşkəs rejimi qüvvəyə mindi

Donbasda yeni tədris ilinin başlanılması ilə əlaqədar növbəti atəşkəs rejimi qüvvəyə minib.
Altun.az xəbər verir ki, Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə təmas qrupu avqustun 23-də növbəti atəşkəs rejiminin tətbiqinə dair razılığa gəlib. Razılaşma avqustun 25-nə keçən gecə, saat 00.00-dan qüvvəyə minib.
Qeyd edək ki, “Normand dördlüyü” ölkələrinin liderləri aralarında baş tutan telefon danışığı zamanı Donbasda növbəti atəşkəs rejiminin tətbiq edilməsini dəstəkləyiblər.
Telefon danışığı Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Pyotr Poroşenko arasında baş tutub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 475 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]