altun.az

Brüssel məhkəməsindən Ərəb şahzadələrinə qarşı ŞOK QƏRAR

28-06-2017, 14:58

Brüssel məhkəməsindən Ərəb şahzadələrinə qarşı ŞOK QƏRAR

Brüssel məhkəməsi Birləşmiş Ərəb Əmirliklərinin şahzadələrinə qarşı 10 il əvvəl qaldırılan iddiaya əsasən, qərar qəbul edib.
Altun.az xəbər verir ki, məhkəmə Birləşmiş Ərəb Əmirliklərinin 8 şahzadəsinin xidmətçilərinə pis rəftar etdiklərini sübuta yetirərək onlara 15 ay həbs və 1,3 milyon avro cərimə cəzası kəsib. Sənəddə müttəhimlərin 23 qadın xidmətçiyə kölə kimi davrandıqları, tullantı qidalarla qidalanmağa məcbur edildikləri və xidmətləri müqabilində onlara pul ödəmədikləri qeyd olunub.
Belə ki, El Nahyan ailəsinin 8 üzvü lüks bir otelin bir mərtəbəsini icarəyə götürüb və burada aylarla qalıblar. Şahzadələr özləri ilə gətirdikləri xidmətçi qadınlara kölə kimi davranıblar. Artıq qidalarla qarınlarını doydurmaq məcburiyyətində qalan xidmətçilər gecə-gündüz çalışarkən, xidmət etdikləri şahzadələrin otaqlarının qarşısında yalnız bir neçə saat yatıblar, ya da bir otağa dürtülüblər. Oturma və ya iş icazələri olmayan qulluqçuların bəzilərinə çox az ödəniş edilərkən, digərləri isə heç bir qəpik də haqq almayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 487 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]