altun.az

Avtobus sürücüləri qısa ətək geyinib etiraz etdilər - FOTO

21-06-2017, 18:23

Avtobus sürücüləri qısa ətək geyinib etiraz etdilər - FOTO


Fransanın Nant şəhərində avtobus və tramvay şirkəti “Semitan”ın sürücüləri isti havalara görə şort geyinmələrinə icazə verilməsini tələb edib. Şirkət rəhbərliyi tələbi rədd etdiyindən sürücülər qısa ətək geyinərək, qərara etiraz ediblər.
Sürücülərdən biri Qabriel Maqner "qadın iş yoldaşlarımız ətək geyinir, bizim belə şansımız yoxdur. Ona görə şort geymək istəyirik. 2013-cü ildən bəri bunun üçün mübarizə aparırıq, amma şirkət imicini qorumaq istəyir" - deyə etiraz edib.
Nəqliyyat vasitəsinin içində istiliyin bəzən 50 dərəcəni aşdığını deyən digər bir sürücü "onsuz da çətin şərtlər altında işləyirik. Bu istəyimizin qəbul edilməsi az da olsa, bizi rahatlaşdırardı” - deyib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 497 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]