altun.az

“Putin bu tarixdə “Varis əməliyyatı”na başlayacaq” - PROQNOZ

20-06-2017, 17:51

 “Putin bu tarixdə “Varis əməliyyatı”na başlayacaq” - PROQNOZ


“Rusiya prezidenti Vladimir Putin artıq növbəti prezident müddəti ortalarında “Varis əməliyyatı”na başlaya bilər”.
Altun.az “Belaruskiy novosti” nəşrinə istinadən xəbər verir ki, bunu rusiyalı keçmiş biznesmen, “Açıq Rusiya” fondunun banisi Mixail Xodorkovski Bonnda keçirilən beynəlxalq mediaforumda deyib.
“Həbsxanadan sonra daha biznesə qayıtmaq istəmirdim. Buna görə də ictimai-siyasi fəaliyyətlə məşğul oldum. Məsələn, ölkəyə demokratik dövlət olmaq üçün kömək etmək istəyirəm. Sistemi dəyişdirmək lazımdır, indi Rusiyada avtoritarizmdir. Əgər alternativ sistem təklif edilməsə, sabah Putinin yerinə ikinci Putin gələcək”, - o deyib.
Xodorkovski hesab edir ki, Rusiya prezidentinin reytinqi haqqında rəsmi məlumatlar (80 faizdən çox) şişirdilib:
“Əgər daha dərin tədqiqatlara baxsaq, Putinin böyük reytinqi ona əsaslanır ki, insanlar alternativ görmürlər. Həqiqətdə onun elektoratı 30-40 faizdir. Qalanları isə ona səs verəcəklərsə, bunu yalnız çarəsizlikdən edəcəklər”.
Keçmiş biznesmen vurğulayır ki, Putin 2018-ci ildə seçkilərdə iştirakdan imtina edərsə, Rusiyada dəyişikliklər üçün mükəmməl variant olacaq:
“Amma bu fantastika dərəcəsindədir. Putin praqmatik insandır. O anlayır ki, əgər Konstitusiyanı ikinci dəfə dəyişdirməyə çalışsa, bu, asan olmayacaq. O anlayır ki, hakimiyyəti vermək olmaz. Buna görə də hesab edirəm ki, növbəti prezident müddətinin ortalarında Putin varis əməliyyatını həyata keçirəcək. Bu, həmçinin müəyyən mənada xəyaldır, amma daha realdır. Başqa halda, hər şey daha sərt yolla dəyişəcək”.
Mixail Xodorkovskinin fikrincə, bu yaxınlarda Rusiyanın bütün şəhərlərində keçirilən küçə etirazları böyük əhəmiyyətə malikdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 456 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]