altun.az

Qətər XİN-i ərəb ölkələri ilə münasibətlərin kəsilməsini şərh etdi

5-06-2017, 13:18

Qətər XİN-i ərəb ölkələri ilə münasibətlərin kəsilməsini şərh etdi

Qətər hesab edir ki, dörd ərəb ölkəsinin Doha ilə diplomatik əlaqələri kəsməsi əsassızdır.
Altun.az xəbər verir ki, bu barədə əmirliyin XİN-i bəyanat yayıb.
“Doha Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreynin münasibətləri kəsməyə dair qərarına heyfsilənir və bu addımı boş iddialara söykənən əsassız addım hesab edir”, - bəyanatda deyilir.
XİN-in bəyanatına deyilir ki, “Bu addımlar adi insanların və əmirliyin rezidentlərinin həyatına təsir etməyəcək”.
Keçən gecə BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir Doha ilə diplomatik münasibətlərin kəsilməsinə dair bəyanat verib, buna səbəb əmirliyin terroru dəstəkləməsidir. Bundan başqa, bazası Abu-Dabidə yerləşən əmirlik avia şirkəti “Etihad Airways” çərşənbə axşamından başlayaraq Qətər ilə aviaəlaqənin kəsilməsini elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 629 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]