altun.az

Mosulda dağıdılmış binanın qalıqları altından 61 cəsəd tapılıb

26-03-2017, 20:30

Mosulda dağıdılmış binanın qalıqları altından 61 cəsəd tapılıb

İŞİD terror qruplaşmasının silahlıları tərəfindən işğal olunmuş İraqın Mosul şəhərinin qərb hissəsində dağıdılmış binanın qalıqları altından 60-dan çox cəsəd çıxarılıb.

Altun.az xəbər verir ki, bu barədə İraq hərbçilərinin bəyanatına istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Dağıntılar altından 61 meyit çıxarılıb”, - deyə bəyanatda deyilir.

İraq hərbi komandanlığı şahidlərin söylədiklərinə əsasən, İŞİD yaraqlılarının sakinləri zirzəmiyə yığaraq binanı minaladıqlarını da xəbər verib. Hərbçilər bildiriblər ki, binanın hava zərbələri nəticəsində dağıdılmasına dair heç bir əlamət yoxdur.

“Səhra komandirlərindən ibarət hərbi ekspertlər qrupu KİV-in məlumatına görə tamamilə dağıdılmış binanı yoxlayıb. Bütün divarlar minalanıb”, - deyə məlumatda vurğulanır.

Bu arada “Reuters” hərbçilərin açıqlamasının yerli hakimiyyətin və şahidlərin xəbərlərindən fərqləndiyini də bildirib. Belə ki, onların məlumatında, İŞİD yaraqlılarına qarşı yönəlmiş koalisiyanın zərbə nəticəsində uçmuş binanın dağıntıları altından 200-ə yaxın cəsədin çıxarıldığı qeyd olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 577 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]