altun.az

İŞİD türkmən kəndinə hücum etdi: bir ailənin 5 üzvü qətlə yetirildi

24-03-2017, 15:02

İŞİD türkmən kəndinə hücum etdi: bir ailənin 5 üzvü qətlə yetirildi

İŞİD terror təşkilatı İraqın Səlahəddin rayonu Tuzhurmatu mahalının 12 kilometr qərbində yerləşən Çardaqlı kəndinə hücum edib.
Altun.az xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı 5 kənd sakini güllələnib.
Terrorçular təhlükəsizliyi təmin edən qüvvələrə də hücum edib.
Sözügedən ərazidə əsasən türkmənlər yaşayır, Çardaqlı türkmən kəndidir. Yağışlı və soyuq havanı öz əməlləri üçün yaxşı fürsət sayan İŞİD terror qrupu gecə saatlarında Ağsu çayını keçərək piyada şəkildə şimal hissədən kəndə daxil olublar. Onlar 5 adamın olduğu türkmən evinə hücum çəkiblər. 3 nəfəri qadın olmaqla 5 nəfəri qətlə yetiriblər.
Hadisə yerinə gələ təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib, terrorçular iki polis əməkdaşını öldürüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 552 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]