altun.az

Yaponiyada helikopter qəzaya uğradı: 3 ölü

6-03-2017, 09:51

Yaponiyada helikopter qəzaya uğradı: 3 ölü

Yaponiyanın Naqano prefekturasında çoxməqsədli “Bell 412” helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Altun.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İnzibati İşlər və Kommunikasiya Nazirliyinin Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Ümumilikdə helikopterdə doqquz nəfərin olduğu bildirilir. Onlardan ikisi huşsuz vəziyyətdə tapılıb. Hava şəraiti imkan vermədiyinə görə axtarış işləri təxirə salınıb.

Hadisə Şiocori şəhərinin yaxınlığında, Haçibusi dağında yerli vaxtla saat 15:00 radələrində baş verib. Prefekturanın xilasetmə xidmətinə mənsub helikopterlə əlaqə alpinistlərin axtarışı ilə əlaqədar keçirilən təlim zamanı kəsilib.

Naqano prefekturasının qubernatorluğunda hadisə ilə bağlı xüsusi qərargah yaradılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 590 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]