altun.az

Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"

19-02-2017, 20:21

Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"

Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.
Altun.az xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" verilişinə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən "köhnə Sovet klassik raketləri"ndən olan və Qərbdə "Şeytan" adlandırılan "Voyevoda"dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.
"Onlardan ("Voyevoda" raketlərindən - qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir", - deyə o bildirib.
"Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir", - deyə Roqozin bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 621 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]